Ermənistanda keçirilən erkən parlament seçkiləri başa çatıb - YENİLƏNİB

Ermənistanda keçirilən erkən parlament seçkiləri başa çatıb - YENİLƏNİB Bakı. 9 dekabr. REPORT.AZ/ Bazar günü Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri başa çatıb.
Region
2081
9 Dekabr , 2018 21:26
Ermənistanda keçirilən erkən parlament seçkiləri başa çatıb - YENİLƏNİB

Bakı. 9 dekabr. REPORT.AZ/ Bazar günü Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri başa çatıb.

“Report” erməni mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla saat 20:00-da bütün seçki məntəqələri bağlanıb və səslərin hesablanmasına başlanıb.


***08:27

Bakı. 9 dekabr. REPORT.AZ/ Ermənistanda növbədənkənar parlament seçkilərinə start verilib.

“Report” TASS-a istinadən xəbər verir ki, yerli vaxtla 08:00-da bütün ölkə üzrə 2010 seçki məntəqəsi açılıb.

Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 9 partiya2 blok qeydə alıb. Səsvermə 20:00-dək davam edəcək. Xaricdə olan vətəndaşlar ölkəyə qayıtmadan seçkilərdə iştirak edə bilməyəcəklər.

Rəsmi məlumatlara görə, seçkilərdə bütün ölkə üzrə 2,5 milyondan çox insan səs verə bilər.

Bundan əvvəl Ermənistanda “sükut günü” elan olunmuşdu.

Son xəbərlər

Orphus sistemi