Ermənistanda itkin düşmüş rus hərbçi tapılıb

Ermənistanda itkin düşmüş rus hərbçi tapılıb Loşmanov Gümrüdəki evlərdən birində olub
Region
20 Aprel , 2017 03:54
Ermənistanda itkin düşmüş rus hərbçi tapılıb

Bakı. 20 aprel. REPORT.AZ/ Bir neçə gün əvvəl Ermənistanda itkin düşmüş Rusiya hərbçisi Gümrüdəki evlərdən birində tapılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, 102 saylı hərbi bazanın əsgəri Dmitri Loşmanov aprelin 16-da bazarlıq etmək adı ilə çıxıb və geri qayıtmayıb.

Hərbçinin sağ-salamat olduğu bildirilir. Hazırda prokurorluq onun itkin düşməsinin yeni təfərrüatlarını araşdırır.

Ermənistan polisi hərbçini itkin düşmüş şəxs kimi axtarışa vermişdi.

Son xəbərlər

Orphus sistemi