Ermənistanda hökumətin tam tərkibdə istefası tələbi ilə aksiya keçirildi

Ermənistanda hökumətin tam tərkibdə istefası tələbi ilə aksiya keçirildi Ara Akopyan bildirib ki, Nazirlər Kabineti istefa verəcəyi halda kemid dövrü üçün “yol xəritəsi” təqdim ediləcək, mili həmrəylik hökuməti qurulacaq.
Region
17 Sentyabr , 2020 18:16
Ermənistanda hökumətin tam tərkibdə istefası tələbi ilə aksiya keçirildi

Yerevanda Ermənistan hökumətinin binası qarşısında Nazirlər Kabinetinin tam tərkibdə istefası tələbi ilə aksiya keçirilib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, aksiyanın təşkilatçısı Milli Gündəlik Partiyasının üzvləridir.

Partiya Şurasının başçısı Ara Akopyan bildirib ki, aksiya yalnız təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyanın deyil, kollektiv, proqram və strateji məsuliyyət daşıdıqları üçün hökumətin bütün üzvlərinin istefasını tələb edir. Onun sözlərinə görə, istefa tələbini müxtəlif ictimai təşkilatlar, ictimai fəallar və müxalifət qüvvələri də dəstəkləyir.

Ara Akopyan deyib ki, Nazirlər Kabineti istefa verəcəyi halda keçid dövrü üçün “yol xəritəsi” təqdim ediləcək, milli həmrəylik hökuməti qurulacaq.

Son xəbərlər

Orphus sistemi