Ermənistanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir - VİDEO

Ermənistanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir - VİDEO Etirazçılar Diaspor Nazirliyinin ləğvinə qarşı çıxırlar
Region
25 Dekabr , 2018 12:16
Ermənistanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir - VİDEO
AP

Bakı. 25 dekabr. REPORT.AZ/ Suriya və İraq erməniləri və repatriantlar Ermənistanın hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Etirazçılar Diaspor Nazirliyinin ləğvinə qarşı çıxdıqlarını göstərən məktub hazırlayıblar. Onlar məktubu Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyana vermək niyyətindədirlər.

Qeyd edək ki, Ermənistanda hökumət strukturunda islahatların aparılması nəticəsində 17 nazirlik yerinə 12 nazirlik qalacaq. Təklif olunan dəyişikliklərə əsasən, Diaspor Nazirliyi ləğv olunacaq, onun səlahiyyətləri respublikanın Xarici İşlər Nazirliyinə keçəcək.

Xatırladaq ki, ötən həftə Ermənistanda Mədəniyyət və Diaspor nazirliklərinin əməkdaşları həmin qurumların ləğv edilməsi qərarına qarşı etiraz aksiyası keçiriblər.

Son xəbərlər

Orphus sistemi