Ermənistanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir

Ermənistanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir Aksiya iştirakçıları baş naziri ilə görüş tələb edirlər
Region
21 Aprel , 2017 14:42
Ermənistanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir
news.am

Bakı. 21 aprel. REPORT.AZ/ Yerevanda Ermənistanın hökumət binası qarşısında etiraz aksiyası keçirilir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, aksiya çərçivəsində qazancı Yerevan yarmarkalarındakı fəaliyyətlə bağlı olan yüzlərlə vətəndaş toplaşıb.

Etirazçılar vergi müfəttişlərinin onları soyduğunu iddia edərək əvvəlki rejimdə işləmələrinə icazə verilməsini tələb edir.

Aksiya iştirakçıları Ermənistanın baş naziri ilə görüş tələb edirlər.

KİV-in məlumatına görə, hazırda etiraz bölgəsində gərgin vəziyyət hökm sürür.

Son xəbərlər

Orphus sistemi