Ermənistanda həyat son dörd ildə 20% bahalaşıb

Ermənistanda həyat son dörd ildə 20% bahalaşıb Son 16 gün ərzində dram 10%-dən artıq qiymətdən düşüb
Region
9 Dekabr , 2014 14:37
Ermənistanda həyat son dörd ildə 20% bahalaşıb
Bakı. 9 dekabr. REPORT.AZ/ Ermənistanda həyat son dörd ildə 20% bahalaşıb. 2010-cu illə müqayisədə inflyasiya 20,6% təşkil edib. "Report" xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Xidmətinə istinadən "Çorrord İşxanutyun" qəzeti yazıb.

Qəzetdə həmçinin qeyd olunub ki, bu məlumatlar Ermənistan dramının son günlər qiymətdən düşməsini nəzərə almır. 

Nəşrdə göstərilib ki, son 16 gün ərzində dram 10%-dən artıq qiymətdən düşüb. Bir çox malların qiyməti təxminən bir o qədər artıb. 

Son xəbərlər

Orphus sistemi