Ermənistanda hərbi hissənin torpaq sahələri qanunsuz satılıb

Ermənistanda hərbi hissənin torpaq sahələri qanunsuz satılıb Ermənistanın Kadastr Komitəsinin keçmiş əməkdaşı hərbi hissəyə məxsus iki torpaq sahəsini qanunsuz satışa çıxarıb.
Region
29 Dekabr , 2022 16:05
Ermənistanda hərbi hissənin torpaq sahələri qanunsuz satılıb

Ermənistanın Kadastr Komitəsinin keçmiş əməkdaşı hərbi hissəyə məxsus iki torpaq sahəsini qanunsuz satışa çıxarıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, Kadastr Komitəsinin Vedidəki ərazi şöbəsinin müdiri (2005-2010-cu illərdə) idarənin digər əməkdaşları ilə əlbir olaraq xidməti vəzifəsindən istifadə edib.

Bildirilib ki, “Yerasx 2” hərbi hissəsinə məxsus olan 0,9 hektar “xüsusi təyinatlı” ərazi və orada yerləşən obyektlər qanunsuz formada, alıcının adına rəsmiləşdirilib və 2,5 milyon drama satılıb.

Həmçinin məlum olub ki, o, “Yerasx 1” hərbi hissəsinin 1,2 hektarlıq ərazisini də satıb.

Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə keçmiş məmur haqqında iş açılıb.

Son xəbərlər

Orphus sistemi