Ermənistanda hərbi hissədə ölən əsgərlərin valideynləri istintaqdan narazıdırlar

Ermənistanda hərbi hissədə ölən əsgərlərin valideynləri istintaqdan narazıdırlar Ermənistanın Azat kəndindəki hərbi hissədə baş verən yanğında həlak olan əsgərlərin valideynləri istintaqın gedişindən narazıdırlar.
Region
29 Mart , 2023 15:10
Ermənistanda hərbi hissədə ölən əsgərlərin valideynləri istintaqdan narazıdırlar

Ermənistanın Azat kəndindəki hərbi hissədə baş verən yanğında ölən əsgərlərin valideynləri istintaqın gedişindən narazıdırlar.

“Report” xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Onlar bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları və digər səlahiyyətlilər əsl həqiqəti gizlətməyə çalışırlar.

Valideynlərin sözlərinə görə, istintaqın yaydığı rəsmi versiyaya zidd olan çoxlu faktlar var, amma bunların heç biri araşdırılmır.

Qeyd edək ki, yanvarın 19-da Azat kəndinəki hərbi hissədə yanğın baş verib. Nəticədə 15 hərbçi ölüb.

Son xəbərlər

Orphus sistemi