Bakı. 26 aprel. REPORT.AZ/ Ötən gün gecə saatlarında Ermənistanda İcevandakı hərbi hissələrdən birinin kazarmasında həqiqi hərbi xidmətə çağırılan Ohanes Petrosyanın meyiti aşkar edilib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, əsgər başından güllə yarası alıb.
Ohanes Petrosyanın ölümünün səbəbi araşdırılır.