Bakı. 01 sentyabr. REPORT.AZ/ Ermənistanda "N" saylı hərbi hissənin hərbçisi Qarnik Avetisyanın maşınla vurularaq öldürülməsi faktı üzrə istintaq başa çatıb və iş məhkəməyə göndərilib.
"Report" xəbər verir ki, bu barədə Ermənistanın Məhkəmə Departamentinin mətbuat xidməti məlumat yayıb.
İttiham qərarına görə, əsgər Ayk Arutyunyan aprelin 11-i gündüz saatlarında "Ural 4320" markalı yük maşınının sükanı arxasında olarkən əsgər yoldaşı Qarnik Avetisyanı vurub.
Ayk Arutyunyana qarşı Cinayət Məcəlləsinin 377-ci maddəsi üzrə ittiham irəli sürülüb.