​Ermənistanda Gürcüstan vətəndaşı olan azərbaycanlının məhkəməsi yenə təxirə salınıb

​Ermənistanda Gürcüstan vətəndaşı olan azərbaycanlının məhkəməsi yenə təxirə salınıb Onu təqribən 210 dollar məbləğində cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir
Region
5 Noyabr , 2015 17:00
​Ermənistanda Gürcüstan vətəndaşı olan azərbaycanlının məhkəməsi yenə təxirə salınıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Ermənistanın Lori vilayətinin ümumi məhkəməsi Gürcüstan vətəndaşı, milliyyətcə azərbaycanlı olan Faxralı kənd sakini Turqay Mikayılovun işi üzrə məhkəməni təxirə salıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Lori vilayət məhkəməsi bildirib.

Məlumata görə, məhkəmənin növbəti iclası noyabrın 26-na təyin edilib.

Qeyd edək ki, Turqay Mikayılov iyulun 23-də təqribən 21:00 radələrində Lori vilayətinin Dzünaşox kəndi ərazisində təsadüfən Ermənistan-Gürcüstan sərhədini keçib. O, Ermənistan sərhədçiləri tərəfindən saxlanılaraq Yerevana aparılıb.

35 yaşlı azərbaycanlıya qarşı Ermənistan Cinayət Məcəlləsinin 329-cu maddəsi üzrə ("Sərhədi qanunsuz keçmə") ittihamı irəli sürülüb. Təqsirkar sayılarsa, onda bu maddəyə əsasən, Turqay Mikayılovu 100 min erməni dramı (təqribən 210 dollar) məbləğində cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi