Ermənistanda gündəlik yoluxma sayı 2 500-ü ötüb

Ermənistanda gündəlik yoluxma sayı 2 500-ü ötüb Ermənistanda son sutkada daha 2 556 nəfərdə COVID-19 aşkarlanıb
Region
27 Yanvar , 2022 10:55
Ermənistanda gündəlik yoluxma sayı 2 500-ü ötüb

Ermənistanda son sutkada daha 2 556 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 358 218-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 8 035-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 526 nəfərdir. İndiyədək 334 960 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 13 697 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi