Ermənistanda gizli telefon danışığı haqqında məlumatı yayan saytda axtarış aparılıb

Ermənistanda gizli telefon danışığı haqqında məlumatı yayan saytda axtarış aparılıb Bakı. 17 sentyabr. REPORT.AZ/ Ermənistanda gizli yazılan telefon danışığı haqqında məlumatı ilk yayanlardan biri olmuş “Yerevan.today” saytının redaksiyasında və baş redaktorun yaşadığı evdə sentyarbın 17-də axtarış aparılıb.
Region
17 sentyabr 2018 11:00
Ermənistanda gizli telefon danışığı haqqında məlumatı yayan saytda axtarış aparılıb
0 : 00
0 : 00

Bakı. 17 sentyabr. REPORT.AZ/ Ermənistanda gizli yazılan telefon danışığı haqqında məlumatı ilk yayanlardan biri olmuş “Yerevan.today” saytının redaksiyasında və baş redaktorun yaşadığı evdə sentyarbın 17-də axtarış aparılıb.

“Report” xəbər verir ki, məlumatı “Yerevan.today” saytı yayıb.

Xatırladaq ki, sentyabrın 11-də internetdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında baş tutan telefon danışığının səs yazısı yayılıb. Onlar 8 dəqiqədən çox etdikləri söhbət zamanı Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbs edilməsini, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov və ölkənin keçmiş müdafiə naziri Mikael Arutyunyana qarşı açılmış cinayət işlərini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi