Ermənistanda fövqəladə vəziyyət uzadıldı

Ermənistanda fövqəladə vəziyyət uzadıldı Ermənistan Nazirlər Kabineti sabahkı növbədənkənar iclasında COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini daha bir ay uzadacaq.
Region
714
11 İyun , 2020 19:52
Ermənistanda fövqəladə vəziyyət uzadıldı
Nikol Paşinyan

Ermənistan Nazirlər Kabineti sabahkı növbədənkənar iclasında COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini daha bir ay uzadacaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, fövqəladə vəziyyəti zəruri edən səbəblər hələ də aradan qaldırılmayıb.

Xatırladaq ki, Ermənistanda koronavirusa qarşı mübarizə məqsədilə 16 mart-13 iyun tarixlərini əhatə edən fövqəladə vəziyyət elan edilmişdi. İndiyədək bu ölkədə koronavirusa 14 669 yoluxma halı qeydə alınıb, 245 nəfər ölüb, 5 466 nəfər sağalıb.

Son xəbərlər

Orphus sistemi