​Ermənistanda fəhlələr oturaq aksiya keçirəcək

​Ermənistanda fəhlələr oturaq aksiya keçirəcək İşçilər 9 tələb irəli sürüblər
Region
8 May , 2015 18:33
​Ermənistanda fəhlələr oturaq aksiya keçirəcək

Bakı. 8 may. REPORT.AZ/ Mayın 14-də Ermənistanda "Nairit" zavodunun işçiləri hökumət binasının qarşısında oturaq aksiya keçirəcək.

"Report" "Epress"ə istinadən xəbər verir ki, bunu zavodun keçmiş mətbuat katibi Anuş Arutunyan bildirib.

Məlumata görə, etiraz aksiyası əvvəlcə 3 gün davam edəcək. Etirazçıların tələbinə hökumətin münasibətinə uyğun olaraq onlar fəaliyyət göstərəcəklər.

Xəbərdə bildirilib ki, işçilər 9 tələb irəli sürüblər. Bu tələblər arasında zavodun onlara olan borclarının, işdən çıxarılan fəhlələrin banklara olan kredit borclarının, həmin işçilərin övladlarının təhsil haqqının ödənilməsi, kommunal xidmət xərclərinin ödənilməsinin təxirə salınması, müəssisənin keçmiş və indiki işçilərinin xəstələnəcəkləri halda xəstəxana xərclərinin ödənilməsi də var. 

Son xəbərlər

Orphus sistemi