Ermənistanda etirazçılar universitet binasına basqın etdi

Ermənistanda etirazçılar universitet binasına basqın etdi Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən nümayişçilər universitet binasına basqın ediblər
Region
24 Fevral , 2021 12:31
Ermənistanda etirazçılar universitet binasına basqın etdi

Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən nümayişçilər universitet binasına basqın ediblər.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, onlar Yerevan Dövlət Universitetinin binasına daxil olublar.

Məlumata görə, aksiya iştirakçıları tələbələri etirazlara qoşulmağa çağırırlar.

Etirazçıların digər qismi isə Ermənistan Dövlət İqtisad Universitetinə daxil olmağa çalışsa da, polis onların qarşısını kəsib.

Son xəbərlər

Orphus sistemi