​Ermənistanda etirazçılar mitinqin davam edəcəyini bəyan ediblər

​Ermənistanda etirazçılar mitinqin davam edəcəyini bəyan ediblər Onlar hökumətin problemi xalqın büdcəsi hesabına həll etmək istədiyini düşünürlər
Region
150
28 İyun , 2015 00:49
​Ermənistanda etirazçılar mitinqin davam edəcəyini bəyan ediblər

Bakı. 28 İyun. REPORT.AZ/ "Talana yox" əlaqələndirmə qrupunun üzvü Vaqinak Şuşanyan İrəvanda nümayişlərin tariflər tam olaraq ləğv edilənədək davam edəcəyini bəyan edib.

"Report" "Novosti-Armeniya"ya istinadən xəbər verir ki, Ermənistan prezidentinin ölkə hökumətinin elektrik enerjisi tariflərinin qaldırılması ilə bağlı yükü öz üzərinə götürəcəyinə dair bəyanatından sonra, nümayiş təşkilatçıları mitinq iştirakçıları qarşısına çıxaraq bəyan ediblər ki, onların "başları altına yumşaq yastıq qoymaq istəyirlər".

Onların sözlərinə görə, hökumət problemi xalqa məxsus olan büdcənin hesabına həll etmək istəyir və mitinq davam etməlidir.

Ermənistanın polisinin rəhbəri hər şeyin qanun çərçivəsində baş verəcəyinə ümid etdiyini bildirib.

Bundan əvvəl Ermənistan prezidenti Serj Sarqsyan bəyan edib ki, hökumət "tariflərin qaldırılması yükü"nü öz üzərinə götürəcək.

Son xəbərlər

Orphus sistemi