Ermənistanda əsgərlikdə olmalı olan nazir oğlu Yerevanda qəza törədib

Ermənistanda əsgərlikdə olmalı olan nazir oğlu Yerevanda qəza törədib Ermənistanda təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyanın oğlu Qevorq qəza törədib.
Region
14 Avqust , 2021 04:38
Ermənistanda əsgərlikdə olmalı olan nazir oğlu Yerevanda qəza törədib

Ermənistanda təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyanın oğlu Qevorq qəza törədib.

Bu barədə “Report” “Shamshyan.com”a istinadən xəbər verir.

Hadisə Yerevan şəhərinin Çarab Axbyur küçəsində baş verib. Belə ki, nazir oğlunun “Mercedes” markalı avtomobili “BMW” və “Toyota” markalı nəqliyyat vasitələri ilə toqquşub.

Yol qəzası nəticəsində xəsarət alan olmayıb.

Sayt xatırladıb ki, nazirin oğlu hazırda əsgərlikdə olmalıdır. Nazir sosial şəbəkədə bildirib ki, oğlu Kompyuter Elmləri və Tətbiqi Riyaziyyat fakültəsinin üçüncü kursunu bitirdikdən sonra möhlət hüququndan imtina edərək orduda xidmətə yollanıb.

Son xəbərlər

Orphus sistemi