Bakı. 18 dekabr. REPORT.AZ/ Ermənistan ordusunun hərbi qulluqçusu Narek Adibekyanı qətlə yetirməkdə təqsirləndirilən hərbçi həbs edilib.
"Report"un NEWS.am-a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Ermənstanın İstintaq Komitəsi yayıb.
Bildirilir ki, N.Adibekyan silahdaşının açdığı atəşlər nəticəsində öldürülüb.
İstintaq zamanı məlum olub ki, onun qatili həmin hərbi hissədə xidmət edən silahdaşı olub. Qətlin motivi müəyyən edilib.