Ermənistanda əsgəri öldürməkdə şübhəli bilinən zabit saxlanılıb

Ermənistanda əsgəri öldürməkdə şübhəli bilinən zabit saxlanılıb Sıravi əsgər Ermənistan hərbi hissələrindən birinin mövqeyində mühəndis işi ilə məşğul olarkən döş qəfəsi nahiyəsindən güllələnib
Region
23 Oktyabr , 2017 13:02
Ermənistanda əsgəri öldürməkdə şübhəli bilinən zabit saxlanılıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Ermənistan Prokurorluğu ölkə Silahlı Qüvvələrinin əsgəri Çaplin Markaryanın öldürülməsində şübhəli bilinən zabiti saxlaylıb. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, oktyabrın 10-da sıravi Ç.Markaryan Ermənistan hərbi hissələrindən birinin mövqeyində mühəndis işi ilə məşğul olarkən döş qəfəsi nahiyəsindən güllələnib və hospitalda ölüb.

Prokurorluğun məlumatında bildirilir ki, aparılan istintaq əməliyyatı nəticəsində Ç.Markaryanın ölümünə təhlükəsizlik qaydalarına riayət edilməməsi, eləcə də mövqeyə görə məsuliyyət daşıyan şəxsin qaydalara riayət edilməməsinə etinasız münasibətinin səbəb olduğu müəyyən edilib. Araşdırmaların sonunda həmin hərbi hissənin arxa xətt boyunca rəisinin müavini, döyüş postuna cavabdeh olan mayor T.P. saxlanılıb.

İstintaq davam edir.

Son xəbərlər

Orphus sistemi