Ermənistanda əsgər ölümünün səbəbi məlum olub

Ermənistanda əsgər ölümünün səbəbi məlum olub Ermənistanın İstintaq Komitəsi Müdafiə Nazirliyinin bölmələrindən birinin hərbçisinin ölümcül güllə yarası almasının səbəblərini araşdırır. İlkin məlumata görə, o, intihar edib.
Region
18 Mart , 2022 08:32
Ermənistanda əsgər ölümünün səbəbi məlum olub

Ermənistanın İstintaq Komitəsi Müdafiə Nazirliyinin bölmələrindən birinin hərbçisinin ölümcül güllə yarası almasının səbəblərini araşdırır. İlkin məlumata görə, o, intihar edib.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

“İlkin məlumata görə, martın 17-də səhər saat 10:30 radələrində çağırışçı əsgər Eduard Rüstəmyan (2003-cü il təvəllüdlü) ona məxsus avtomatdan döş qəfəsindən ölümcül güllə yarası alıb”, - xəbərdə deyilir.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin “Hərbi qulluqçunu özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb.

Faktla bağlı ilkin araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi