​Ermənistanda əmək qabiliyyəti olanların sayı 200 min nəfərədək azalıb

​Ermənistanda əmək qabiliyyəti olanların sayı 200 min nəfərədək azalıb Keçən ilin məlumatlarına görə, ölkə əhalisinin sayı 3 milyon 17 min 100 nəfər olub
Region
7 May , 2015 12:55
​Ermənistanda əmək qabiliyyəti olanların sayı 200 min nəfərədək azalıb

Bakı. 7 may. REPORT.AZ/ 2014-cü ildə Ermənistanda əmək qabiliyyəti olanların sayı 190 700 nəfər azalıb.

"Report" "epress.am"a istinadən xəbər verir ki, bu haqda Ermənistanın Statistika Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, ötən ilin əvvəlində Ermənistanda əmək resursu 2 milyon 326 min 200 nəfər təşkil edib. Bura 15-75 yaş arasında olan Ermənistan vətəndaşları daxildir. 2014-cü ilin sonunda isə onların sayı 2 milyon 135 min 500 nəfər olub.

Rəsmi məlumata əsasən, 2014-cü ilin əvvəlində əmək fəaliyyətilə məşğul olanların sayı bir milyon 175 min 800 nəfər olub. Həmin ilin sonunda isə onların sayı bir milyon 111 min 700 nəfər təşkil edib. Məlumatda bildirilib ki, faktiki olaraq, bir ildə Ermənistanda işləyənlərin sayı 64 min 100 nəfər azalıb.

Xatırladaq ki, 2014-cü ilin rəsmi məlumatına əsasən, ölkə əhalisinin sayı 3 milyon 17 min 100 nəfər olub. 

Son xəbərlər

Orphus sistemi