Bakı. 25 iyul. REPORT.AZ/ Ermənistanın Armavir vilayəti qubernatorunun müşaviri Manuk Simonyan itkin düşüb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Polis onun axtarışı ilə bağlı əməliyyat-axtarış tədbiri həyata keçirir.
Ermənistan Polis İdarəsinin mətbuat xidmətinin rəisi Edqar Canonyan bildirib ki, təmsil etdiyi quruma Simonyanın itkin düşməsi haqqında məlumat iyulun 23-də daxil olub.