Bakı. 26 avqust. REPORT.AZ/ Ermənistanda dövlət məktəblərinin sayı 1 404-dən 1 391-dək azalıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Milli Statistika Xidmətinin sosial və təbiəti mühafizə bölməsinin rəisi Nelli Baqdasaryan bildirib.
Məlumatda qeyd olunub ki, ölkə üzrə dövlət ümumtəhsil məktəblərinin sayı 1 404-dən 1 391-dək, o cümlədən şəhərdə 533-dən 528-dək, kənd yerlərində isə 871-dən 863-dək azalıb.
Onun sözlərinə görə, 2011-ci ildə məzunların sayı 36 590 nəfər olmuşdusa, 2014-cü ildə onların sayı 24 466-ya enib.