Ermənistanda Daxili İşlər Nazirliyi yaradılacaq

Ermənistanda Daxili İşlər Nazirliyi yaradılacaq Ermənistan Daxili İşlər Nazirliyinin yaradılması haqqında Respublika polisində islahat layihəsi təsdiqlənib.
Region
1728
23 Aprel , 2020 16:20
Ermənistanda Daxili İşlər Nazirliyi yaradılacaq

Ermənistan Daxili İşlər Nazirliyinin yaradılması haqqında Respublika polisində islahat layihəsi təsdiqlənib.

“Report” “Rusarminfo”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, mülki hissə hərbdən qəti şəkildə ayrılacaq: “Ermənistan Polisi Daxili İşlər Nazirliyinin tərkibinə daxil olacaq və onunla xüsusi münasibət saxlayacaq. Fikrimcə, bu, bizim islahatın vacib məsələlərindəndir”.

Ədliyyə naziri Rüstəm Badasyanın sözlərinə görə, islahatların məqsədi daxili işlər sahəsində siyasət hazırlayacaq hökumət qurumu yaratmaqdır. 

O bildirib ki, nazirlik cəmiyyət qarşısında hesabat verəcək, ictimai nəzarət mexanizmləri yaradılacaq. 

Ədliyyə Nazirliyinin islahat layihəsinə əsasən, 2020-2022-ci illər ərzində Daxili İşlər Nazirliyinin formalaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin səlahiyyətlərinin bir hissəsini Ermənistan Polisi icra edir. Bu qurum həm də hərbi qüvvə sayılır.

Son xəbərlər

Orphus sistemi