Ermənistanda daha 11 nəfər koronavirusdan ölüb

Ermənistanda daha 11 nəfər koronavirusdan ölüb Ermənistanda son sutkada daha 193 nəfərdə COVID-19 aşkarlanıb
Region
17 Dekabr , 2021 11:17
Ermənistanda daha 11 nəfər koronavirusdan ölüb

Ermənistanda son sutkada daha 193 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 343 350-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 7 885-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 489 nəfərdir. İndiyədək 327 539 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 6 437 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi