​Ermənistanda daha bir qaz-yanacaqdoldurma məntəqəsində partlayış olub

​Ermənistanda daha bir qaz-yanacaqdoldurma məntəqəsində partlayış olub Hadisə nəticəsində müəssisənin 55 yaşlı əməkdaşı ölüb, 29 yaşlı sürücü isə yaralanıb
Region
1 İyun , 2015 13:26
​Ermənistanda daha bir qaz-yanacaqdoldurma məntəqəsində partlayış olub

Bakı. 1 iyun. REPORT.AZ/ Ermənistanın Kotay vilayətinin Çarentsavan şəhərində qaz-yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində müəssisənin 55 yaşlı əməkdaşı hadisə yerində ölüb, 29 yaşlı sürücü isə yaralanıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistan Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi məlumat yayıb.

Bu, mayda baş verən dördüncü hadisədir. Bundan əvvəl oxşar hadisələr Yerevan və Qarni şəhərlərində və Armavir vilayətində baş vermişdi. 

Son xəbərlər

Orphus sistemi