Bakı. 1 avqust. REPORT.AZ/ Ermənistan ordusunun 28 yaşlı hərbçisi Andranik X.-nin idarə etdiyi “Opel Astra” markalı minik avtomobilinin aşması nəticəsində xəsarət alıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, qəza Sünik vilayətində Yerevan-Meğri avtomobil yolunun 224 km-liyində qeydə alınıb.
Hərbçi Gorus şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
