Ermənistanda daha 383 nəfər COVID-19-a yoluxub.
“Report” xəbər verir ki, bununla bağlı məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 241 336-ya çatıb. Son sutkada koronavirusdan 11 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 823-ya yüksəlib.
Koronavirusa yoluxan 226 292 nəfər sağalıb. Hazırda 9 086 pasiyent müalicə olunur.