Ermənistanda daha 3 nəfər koronavirusa yoluxdu

Ermənistanda daha 3 nəfər koronavirusa yoluxdu Ermənistanda yeni koronavirusa üç yoluxma halı təsdiq edilib.
Region
880
11 Mart , 2020 21:39
Ermənistanda daha 3 nəfər koronavirusa yoluxdu

Ermənistanda yeni koronavirusa üç yoluxma halı təsdiq edilib.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində qeyd edib.

“Təəssüf ki, bizdə üç nəfərin koronavirusa yoluxması təsdiq edilib. Onlardan ikisi, 42 və 47 yaşlı şəxslər Ermənistan vətəndaşlarıdır. Digəri isə ölkəmizdə işləyən İtaliya vətəndaşıdır (51 yaş). Onların hamısı İtaliyada səfərdə olublar. İtaliyalı və Ermənistanın bir vətəndaşının heç bir şikayəti yoxdur. Lakin, digər şəxsdə pnevmoniya aşkar edilib”.

Onun sözlərinə görə, xəstələrin kimlərlə əlaqə qurması barədə araşdırma aparılır. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi