Ermənistanda daha 24 nəfər koronavirusdan ölüb

Ermənistanda daha 24 nəfər koronavirusdan ölüb Ermənistanda daha 485 nəfərdə koronavirus aşkarlanıb.
Region
23 noyabr 2020 06:48
Ermənistanda daha 24 nəfər koronavirusdan ölüb
0 : 00
0 : 00

Ermənistanda daha 485 nəfərdə koronavirus aşkarlanıb.

"Report" xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 126 709-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 24 nəfər artaraq 1 976-ya çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 503-ə yüksəlib. İndiyədək 95 099 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 29 131 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi