Ermənistanda daha 184 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb

Ermənistanda daha 184 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb Ermənistanda daha 184 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb.
Region
15 May , 2020 10:54
Ermənistanda daha 184 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb
0 : 00
0 : 00

Ermənistanda daha 184 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 4 044-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 52-yə çatıb. Yeni ölənlər 68 yaşlı qadın ilə 81 və 82 yaşlı kişilərdir. Onların hər üçündə xroniki xəstəliklər olub.

Bildirilib ki, ölkədə indiyədək 1 666 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 304 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,5 milyonu ötüb. Bunların 1,7 milyon nəfərdən çoxu sağalıb, 303 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi