Ermənistanda daha 14 nəfər koronavirusdan ölüb

Ermənistanda daha 14 nəfər koronavirusdan ölüb Ermənistanda daha 324 nəfərdə koronavirus aşkarlanıb.
Region
5 Yanvar , 2021 10:46
Ermənistanda daha 14 nəfər koronavirusdan ölüb

Ermənistanda daha 324 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 160 544 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 14 nəfər artaraq 2 878-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 692-yə yüksəlib. İndiyədək 145 759 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 11 215 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi