Ermənistanda COVİD-19-un qurbanlarının sayı 2 836-ya çatıb

Ermənistanda COVİD-19-un qurbanlarının sayı 2 836-ya çatıb Ermənistanda daha 60 nəfərdə koronavirus aşkarlanıb.
Region
2 Yanvar , 2021 11:32
Ermənistanda COVİD-19-un qurbanlarının sayı 2 836-ya çatıb

Ermənistanda daha 60 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 159 798 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 8 nəfər artaraq 2 836-ya çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 687-yə yüksəlib. İndiyədək 143 640 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 12 635 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi