Ermənistanda COVID-19-dan ölənlərin sayı 3 225-ə yüksəlib

Ermənistanda COVID-19-dan ölənlərin sayı 3 225-ə yüksəlib Hazırda ölkədə 6 008 aktiv koronavirus xəstəsi var
Region
8 Mart , 2021 12:02
Ermənistanda COVID-19-dan ölənlərin sayı  3 225-ə yüksəlib

Ermənistanda son sutkada daha 337 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 174 679-a çatıb. Ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 225-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 829 nəfərdir. İndiyədək 164 954 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 6 008 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi