Ermənistanda COVID-19-a yoluxanların sayı 218 mini ötüb

Ermənistanda COVID-19-a yoluxanların sayı 218 mini ötüb Ermənistanda son sutkada koronavirusa 425 yoluxma qeydə alınıb
Region
6 May , 2021 11:06
Ermənistanda COVID-19-a yoluxanların sayı 218 mini ötüb

Ermənistanda son sutkada koronavirusa 425 yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 218 325-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 14 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 192 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 202 273 nəfər sağalıb. Hazırda 10 828 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Son xəbərlər

Orphus sistemi