Ermənistanda COVID-19-a yoluxanların sayı 197 873-ə yüksəlib

Ermənistanda COVID-19-a yoluxanların sayı 197 873-ə yüksəlib Ermənistanda son sutkada koronavirusa 760 yoluxma qeydə alınıb
Region
6 Aprel , 2021 11:04
Ermənistanda COVID-19-a yoluxanların sayı 197 873-ə yüksəlib

Ermənistanda son sutkada koronavirusa 760 yoluxma qeydə alınıb.

"Report" xəbər verir ki, məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.

Pandemiya ərzində ölkədə koronavirusa ümumilikdə 197 873 yoluxma qeydə alınıb.

Məlumata görə, ölkədə son sutkada daha 13 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 627 nəfərə çatıb.

Koronavirusdan sağalanların ümumi sayı 177 601 nəfərə yüksəlib.

Hazırda 15 713 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Son xəbərlər

Orphus sistemi