Ermənistanda böyük prokuror rüşvət almaqda ittiham olunur

Ermənistanda böyük prokuror rüşvət almaqda ittiham olunur Bakı. 29 noyabr. REPORT.AZ/ Ermənistanda 2012-ci ildə açılan cinayət işi ilə bağlı Yerevanın Arabkir və Kanaker-Zeytin rayon prokurorluğunun keçmiş böyük prokuroru Xaçatur Baqdasaryan ittiham olunur.
Region
29 Noyabr , 2017 15:43
Ermənistanda böyük prokuror rüşvət almaqda ittiham olunur

Bakı. 29 noyabr. REPORT.AZ/ Ermənistanda 2012-ci ildə açılan cinayət işi ilə bağlı Yerevanın Arabkir və Kanaker-Zeytin rayon prokurorluğunun keçmiş böyük prokuroru Xaçatur Baqdasaryan ittiham olunur.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Məlumata görə, 2012-ci ilin iyununda əmlak özəlləşdirilməsi zamanı saxta sənəd düzəldilib və bu zaman alınan rüşvət faktı üzrə cinayət işi açılıb.

X.Baqdasaryana bu cinayəti ört-basdır etmək üçün 9 000 dollar məbləğində rüşvət verilib. Ancaq o, ötən müddət ərzində istintaq orqanlarından gizlənib və barəsində axtarış elan olunub. X.Baqdasaryan Ukraynada aşkar edilib və 2017-ci il noyabrın 24-də Ermənistana gətirilib və həmin gün keçmiş böyük prokurora qarşı ittiham irəli sürülüb. 

Son xəbərlər

Orphus sistemi