Ermənistanda koronavirusa yoluxanların sayı 11 221-ə çatıb, 176 nəfər ölüb

Ermənistanda koronavirusa yoluxanların sayı 11 221-ə çatıb, 176 nəfər ölüb Ermənistanda son sutkada 697 nəfər koronavirusa yoluxub.
Region
4 İyun , 2020 09:56
Ermənistanda koronavirusa yoluxanların sayı 11 221-ə çatıb, 176 nəfər ölüb

Ermənistanda son sutkada 697 nəfər koronavirusa yoluxub.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da canlı yayımda bildirib.

“697 yeni yoluxma faktı qeydə alınıb. Bu o deməkdir ki, tibb müəssisələrimiz artıq müalicəyə ehtiyacı olan yeni pasiyentləri qəbul etmək gücündə deyil”, - N.Paşinyan vurğulayıb.

Baş nazirin sözlərinə görə, 6 nəfər koronavirusdan ölüb, koronavirus diaqnozu qoyulmuş daha 9 nəfər isə başqa səbəblərdən vəfat edib.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 11 221-ə yüksəlib. Virusdan ölənlərin sayı isə 176 nəfərə çatıb. 

Son xəbərlər

Orphus sistemi