Ermənistanda bir sıra məhsullar bahalaşacaq

Ermənistanda bir sıra məhsullar bahalaşacaq Ermənistanda süd məhsulları, alkoqol, konserv və kənd təsərrüfatı məhsullarının qiyməti bahalaşacaq.
Region
20 iyun 2020 07:26
Ermənistanda bir sıra məhsullar bahalaşacaq

Ermənistanda süd məhsulları, alkoqol, konserv və kənd təsərrüfatı məhsullarının qiyməti bahalaşacaq.

“Report” “Novosti Armenii-news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanda çıxan “Joxovurd” qəzeti yazıb.

Buna səbəb olaraq təbii qazın qiymətinin bahalaşması göstərilir.

“Məsələn istixana təsərrüfatı qış mövsümündə - noyabrın 1-dən martın 1-dək təbii qazın min kub metrinə 224 ABŞ dolları ödəyəcək. Hazırda bu rəqəm 212 ABŞ dollarıdır. Bu tarif konserv, alkoqol və süd məhsulları istehsal edən müəssisələrin istehsal etdiyi malların qiymətinə ilboyu təsir göstərəcək”, - qəzet vurğulayıb.

Bildirilib ki, təbii qazın qiymətinin bahalaşması Ermənistan üçün ciddi problem yaradacaq: “Bu, təbii qazdan istifadə edilən təsərrüfat subyektlərində, yük daşımalarda, istehsalat müəssisələrində məhsulların qiymətinin bahalaşmasına təsir edəcək”.

Ermənistanda iyulun 1-dən təbii qazın qiyməti bahalaşacaq.

Son xəbərlər

Orphus sistemi