​Ermənistanda Azərbaycana casusluq işi üzrə təqsirli bilinən 18 yaşlı qız ittihamı rədd edib

​Ermənistanda Azərbaycana casusluq işi üzrə təqsirli bilinən 18 yaşlı qız ittihamı rədd edib Vəkil: "Cinayət işində onun müqəssir olduğunu sübuta yetirən fakt yoxdur"
Region
21 Yanvar , 2016 01:51
​Ermənistanda Azərbaycana casusluq işi üzrə təqsirli bilinən 18 yaşlı qız ittihamı rədd edib

Bakı. 21 yanvar. REPORT.AZ/ Ermənistanda guya Azərbaycanın xeyrinə casusluq barədə məlumatı gizlətməkdə təqsirli bilinən 18 yaşlı Diana Qoroyan bu ittihamı rədd edib.

"Report"un xəbərinə görə, bu barədə "news.am"a qızın vəkili Liana Qasparyan məlumat verib.

"Müdafiə etdiyim şəxsdə belə bir məlumat olmayıb və cinayət işində onun müqəssir olduğunu sübuta yetirən fakt yoxdur", - deyə vəkil bildirib.

Diana Qoroyana qarşı ittiham irəli sürülən zaman onun 17 yaşı var idi. Məhkəmənin iş üzrə birinci iclası yanvarın 25-də İrəvanda keçiriləcək. Prosesin qapalı keçiriləcəyi istisna edilmir.

Sözügedən iş üzrə bir neçə nəfər ittiham olunur.

Son xəbərlər

Orphus sistemi