Ermənistanda axtarışda olan keçmiş nazir tutulub

Ermənistanda axtarışda olan keçmiş nazir tutulub Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri, Yerevan şəhərinin sabiq meri Qaqik Beqleryan tutulub
Region
210
18 May , 2021 11:49
Ermənistanda axtarışda olan keçmiş nazir tutulub
Qaqik Beqleryan
0 : 00
0 : 00

Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri, Yerevan şəhərinin sabiq meri Qaqik Beqleryan tutulub.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, Moskvadan Yerevana qayıdan zaman Zvratnos hava limanında saxlanılıb.

Q.Beqleryan külli miqdarda dövlət vəsatini mənimsəməkdə, vəzifəsindən sui-istifadədə və digər cinayətlərdə ittiham olunur. Onun barəsində 2020-ci ilin martından axtarış elan olunmuşdu.

Qeyd edək ki, Q.Beqlaryan 2006-cı ildən keçmiş prezident Serj Sarqsyanın başçılıq etdiyi Respublikaçılar Partiyasının üzvüdür. O, 2009-2010-cu illərdə Yerevanın meri, 2012-2016-cı illərdə isə nəqliyyat və rabitə naziri işləyib.

Son xəbərlər

Orphus sistemi