Ermənistanda atışma olub, xəsarət alanlar var

Ermənistanda atışma olub, xəsarət alanlar var Ermənistanda atışma olub.
Region
15 İyul , 2019 05:28
Ermənistanda atışma olub, xəsarət alanlar var

Ermənistanda atışma olub.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, hadisə Sünik vilayətində qeydə alınıb. Atışma zamanı Hdzoresk kəndinin iki sakini - 29 yaşlı Aşot Avanyan və onun qardaşı, 24 yaşlı Tevos Avanyan müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qoris Tibb Mərkəzinə çatdırılıblar. 

Onların vəziyyətinin ağır olduğundan yaralılar hadisə ilə bağlı hər hansı ifadə verə bilməyiblər.

Faktla bağlı cinayət işi qaldırılıb. 

Daha əvvəl Ermənistanın Maştosk rayonunda kütləvi dava zamanı 8 nəfər bıçaq xəsarətləri alıb.

Son xəbərlər

Orphus sistemi