Ermənistanda atışma oldu, bir neçə nəfər yaralandı

Ermənistanda atışma oldu, bir neçə nəfər yaralandı Ermənistanın Vanadzor şəhərində atışma hadisəsi baş verib.
Region
2 Mart , 2020 03:48
Ermənistanda atışma oldu, bir neçə nəfər yaralandı

Ermənistanın Vanadzor şəhərində atışma hadisəsi baş verib.

“Report” bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı 3 nəfər xəsarət alıb.

Məlumata görə, yaralılar – Vanadzor sakini, 48 yaşlı Artur Vopyan, 26 yaşlı Eduard Vopyan və 24 yaşlı Spartak Derdzyandır. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisənin baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisə yerindən bıçaq, balta, tüfəng gilizləri götürülüb.

Faktla bağlı cinayət işi qaldırılıb, təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi