​Ermənistanda aksiyada zorakılıq edən polislərə cinayət işi açılıb

​Ermənistanda aksiyada zorakılıq edən polislərə cinayət işi açılıb Polisin güc tətbiq edərək dağıtdığı aksiyada 237 nəfər həbs olunub
Region
3 İyul , 2015 16:39
​Ermənistanda aksiyada zorakılıq edən polislərə cinayət işi açılıb

Bakı. 3 iyul. REPORT.AZ/ Ermənistanın Xüsusi İstintaq Xidməti iyunun 23-də dinc aksiya iştirakçılarına və peşə fəaliyyətini yerinə yetirərkən jurnalistlərə qarşı zorakılıq tətbiq edildiyi üçün Cinayət Məcəlləsinin səlahiyyət həddini aşma maddəsi ilə cinayət işi açıb.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu haqda Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Xəbərə görə, istintaq video-yazılardan əldə etdiyi məlumatlara və KİV-də yayılan materiallara əsasən cinayət işi açıb.

Xatırladaq ki, Ermənistanda iyunun 19-dan etiraz aksiyaları keçirilir. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və həmin gün 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Aksiya davam edir.

Son xəbərlər

Orphus sistemi