Ermənistanda 69 yaşlı sürücünü qəddarlıqla qətlə yetirən hərbçi azadlıqdan məhrum edilib

Ermənistanda 69 yaşlı sürücünü qəddarlıqla qətlə yetirən hərbçi azadlıqdan məhrum edilib Bakı. 24 iyun. REPORT.AZ/ Ermənistan ordusunda müqavilə ilə xidmət edən hərbçisi Vadim O. taksü sürücüsünü qəddarlıqla qətlə yetirdiyinə görə azadlıqdan 17 il məhrum edilib.
Region
24 İyun , 2018 05:45
Ermənistanda 69 yaşlı sürücünü qəddarlıqla qətlə yetirən hərbçi azadlıqdan məhrum edilib

Bakı. 24 iyun. REPORT.AZ/ Ermənistan ordusunda müqavilə ilə xidmət edən hərbçisi Vadim O. taksü sürücüsünü qəddarlıqla qətlə yetirdiyinə görə azadlıqdan 17 il məhrum edilib.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə qərarı Aratsk və Vaydorsk vilayətlərinin ümumi məhkəməsi çıxarıb.

Məhkəmə həmçinin zərərçəkən tərəfin iddiasını təmin edib – müttəhim öldürülənin yaxınlarına 1,5 milyon dram (təxminən 3000 dollar-red) ödəməlidir.

Qeyd edək ki, hadisə ötən ilin 21 aprelində baş verib. Taksi sürücüsü Arutyun Azatyanın həyat yoldaşı polisə ərinin yoxa çıxması barədə ərizə ilə müraciət edib. Onun müraciətinə əsasən Arutyun Azatyan aprelin 21-də özünün "Opel" avtomobilində evdən çıxıb və geri qayıtmayıb.

Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində məlum olub ki, 69 yaşlı sürücü A. Azatyan Noramarq kəndinin sakini, hərbçi Vadim O. tərəfindən dəmir alətlə vurularaq qətlə yetirilib. Qatil sonra onun cəsədini Razdan çayına atıb.

Vadim meyitin cibindəki bütün pulları və mobil telefonunu da oğurlayıb. 

Son xəbərlər

Orphus sistemi