Ermənistanda 250-dən çox aksiyaçı saxlanılıb

Ermənistanda 250-dən çox aksiyaçı saxlanılıb Ermənistanın polisi müxalif Çiçəklənən Ermənistan Partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətində 8 saatdan çox dindirilən Qaqik Sarukyana dəstək olaraq keçirilən aksiyanın 252 iştirakçısını saxlayıb.
Region
15 İyun , 2020 01:00
Ermənistanda 250-dən çox aksiyaçı saxlanılıb

Ermənistanın polisi müxalif "Çiçəklənən Ermənistan" Partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətində 8 saatdan çox dindirilən Qaqik Sarukyana dəstək olaraq keçirilən aksiyanın 252 iştirakçısını saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” bildirib.

"Mən yenidən bildirirəm ki, bütün baş verənlər siyasi təqibdir, çünki bu proseslər dərhal mənim bəyanatımdan (Ermənistanın baş nazirinin istefası zərurəti haqqında - red) sonra başlandı", – Sarukyan xidmətin binasında jurnalistlərə deyib.

Ermənistan polisində "İnterfaks”a bildiriblər ki, Sarukyana dəstək olaraq keçirilən aksiyanın 252 iştirakçısı saxlanılıb.

Öz növbəsində ölkə parlamentinin vitse-spikeri, hakim "Vətəndaş razılaşması" Partiyasının Şura üzvü Alen Simonyan iddia edib ki, Sarukyanın təqibi siyasi deyil. 

Son xəbərlər

Orphus sistemi