Ermənistanda 10 gündə içkidən onlarla insan zəhərlənib, 4 nəfər kor olub

Ermənistanda 10 gündə içkidən onlarla insan zəhərlənib, 4 nəfər kor olub Avqustun 31-dən sentyabrın 9-dək olan dövrdə Ermənistanda alkoqollu içkidən 46 zəhərlənmə hadisəsi qeydə alınıb.
Region
499
9 Sentyabr , 2020 23:37
Ermənistanda 10 gündə içkidən onlarla insan zəhərlənib, 4 nəfər kor olub

Avqustun 31-dən sentyabrın 9-dək olan dövrdə Ermənistanda alkoqollu içkidən 46 zəhərlənmə hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd edilir ki, həmin hadisələrdən 18-i ölümlə nəticələnib.

Zəhərlənmə hadisələrinin 29-u Armavir əyalətində (10 ölüm hadisəsi) qeydə alınıb. Daha 15 nəfər Yerevanda (7 ölüm), 2 zəhərlənmə isə Kotayksk əyalətində (1 ölüm) baş verib.

Bu dövrdə müxtəlif tibb müəssisələrində 28 zərərçəkən müalicə alıb, onlardan 22-i evə buraxılıb. Qeyd edilir ki, zəhərlənənlərdən 4-ü kor olub.

Hazırda 5 pasiyentin müalicəsi davam edir.

Son xəbərlər

Orphus sistemi