Ermənistana göndərilən pulun məbləği iki dəfə azalıb

Ermənistana göndərilən pulun məbləği iki dəfə azalıb Vardan Aramyan: “Bu, həmin pulları alan ailələrin gəlirlərinin azalması deməkdir”
Region
30 Noyabr , 2016 16:43
Ermənistana göndərilən pulun məbləği iki dəfə azalıb

Bakı. 30 noyabr. REPORT.AZ/ “Ermənistana xüsusi maliyyə köçürmələrinin həcmi iki dəfə azalıb”.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin maliyyə naziri Vardan Aramyan noyabrın 30-da parlamentin binasında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2016-cı ildə mövsümi əmək miqrantları Ermənistana bir milyard dollar pul göndərib: “Ötən illər isə bu rəqəm 2 milyard dollar olub. Bu, göndərilən həmin pulları alan ailələrin gəlirlərinin azalması deməkdir”.

Son xəbərlər

Orphus sistemi