Ermənistan Yuri Xaçaturovu KTMT-nin baş katibi vəzifəsindən çıxarmağı təklif edib

Ermənistan Yuri Xaçaturovu KTMT-nin baş katibi vəzifəsindən çıxarmağı təklif edib Bakı. 28 iyul. REPORT.AZ/ Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərə təşkilatın baş katibi Yuri Xaçaturovun işdən çıxarılması və onun başqa şəxslə əvəz olunması prosesinə başlamağı təklif edib.
Region
28 İyul , 2018 13:59
Ermənistan Yuri Xaçaturovu KTMT-nin baş katibi vəzifəsindən çıxarmağı təklif edib

Bakı. 28 iyul. REPORT.AZ/ Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərə təşkilatın baş katibi Yuri Xaçaturovun işdən çıxarılması və onun başqa şəxslə əvəz olunması prosesinə başlamağı təklif edib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.

"Bu, ciddi daxili hüquqi prosedurdur. Ermənistanda aparılan cinayət işi çərçivəsində işə Ermənistan vətəndaşı cəlb olunub. Nəzərə alsaq ki, söhbət KTMT-nin hazırkı baş katibindən gedir, Ermənistan KTMT üzrə tərəfdaşlara baş katibinin əvəzlənməsi prosesinə başlamağı təklif edib", - T.Balayan "İnterfaksa" bildirib.

Qeyd edək ki, Ermənistanın Xüsusi İstintaq Xidməti KTMT baş katibi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general Yuri Xaçaturova qarşı ittiham irəli sürüb. O, 2008-ci ilin martın 1-də baş verən və 10 nəfərin ölümü ilə nəticələnən hadisələrə görə günahlandırılır. Y.Xaçaturov konstitusiya quruluşunu devrməkdə ittiham olunur. Yerevanın birinci instansiya məhkəməsi onu girov müqabilində zaminə buraxıb.  

Son xəbərlər

Orphus sistemi